“Rusiya ərazisində törədilən terror aktlarında iştirak edənlərin hamısı cəzasını alacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“DXR” və “LXR” də referendumun keçirilməsindən 10 il ötür. Buna görə də ukraynalı neonasistlər ABŞ-ın və Qərb koalisiyasının dəstəyi ilə “Donbass”da terror hücumları həyata keçiriblər. Zelenski bizə mane olmağa çalışsa da, buna nail olmayacaq. Biz ən çətin problemləri həll edəcəyik. Onlar “Donetsk” və “Luqansk” sakinlərinin cəsarəti və möhkəmliyini qıra bilməyəcəklər. Bu ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir.”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az