Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı formatı dəyişir

“Rusiya Zaqafqaziya üzrə Cenevrə müzakirələrinin başqa ölkəyə ötürülməsi məsələsini gündəmə gətirib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi artıq bu mövzunu praktikada tətbiq edir.

O, İsveçrənin beynəlxalq məsələlərdə vasitəçi kimi etibarını itirdiyini bildirib.

Qeyd edək ki, Zaqafqaziya üzrə Cenevrə müzakirələri Abxaziya və Cənubi Osetiya arasında Gürcüstanla birbaşa dialoqa imkan verən beynəlxalq platformadır.

Zaira Akifqızı
Globalinfo.az