Zaxarova ittiham etdi: Onlar terrorçularla həmrəydir

“Qərb media nəhəngləri terrorçularla həmrəydir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Qərbin media nəhəngləri “Krokus Siti Holl”dakı terror aktından sonra ruslara qarşı yönələn qeyri-insani şərhləri silməkdən imtina edirlər. Beləliklə onlar terrorçularla həmrəylik sərgiləyirlər.

“Ukraynanın sosial şəbəkə seqmentində kinli, qeyri-insani və pis niyyətli şərhlər yayılır. Amerika internet nəhəngləri və platformaları isə hələ də rusları öldürməyə çağıran misantropik yazıları silmək qərarına gəlməyiblər. Belə çıxır ki, onlar dinc sakinləri öldürən terrorçularla həmrəydirlər”, – deyə Zaxarova vurğulayıb.

Rusiya XİN rəsmisi rusların və rusdilli insanların öldürülməsinə haqq qazandıranların fikirlərini “hannibalist məmnunluq” adlandırıb.

“Xüsusən, Donbass və Rusiyanın digər bölgələrinin mülki əhalisinə qarşı törədilən çoxsaylı cinayətləri xatırlasaq, bu, çox təhlükəlidir”, – deyə Zaxarova bildirib.

Əliyar Xəlil
Globalinfo.az