Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova G7 ölkələrinin Kanadada keçirilən sammitini “biabırçılıq” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “ Sputnik” radiosunun efirində danışıb.
O qeyd edib ki, sözügedən təşkilat bu gün heç nə edə bilməz.
“Onların formatı tamamilə yararsızdır”, – Zaxarova əlavə edib.
Onun sözlərinə görə, G7 qlobal böhranların, o cümlədən maliyyə, iqtisadi və ekoloji böhranların öhdəsindən gəlmək iqtidarında deyil.
Əliyar Xəlil
Globalinfo.az