345270

“Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə və Rusiya Prezidenti Vladimir Putinlə təmaslarım olacaq, lakin rəsmi görüş planlaşdırılmır”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın bu gün Türkmənistana səfər etməsi gözlənilir. O, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev də hazırda Türkmənistanda səfərdədir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: