Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin mübadiləsinin nəzərdə tutulmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, parlamentdə keçirilən brifinq zamanı hazırda belə bir mübadilə barədə danışmağın tez olduğunu deyib.
“Ermənistan sərhədini keçdiyi bildirilən azərbaycanlı hərbçi ilə bağlı cinayət işi başlanıb və onun hərəkətlərinə hüquqi qiymət verilməlidir. İstintaq başa çatdıqdan sonra iş ittiham aktı ilə məhkəməyə göndərilə və hərbçi Ermənistan qanunvericiliyinə uyğun olaraq cəzalandırıla bilər.
Bundan sonra istisna etmirəm ki, əsirlikdə olan soydaşlarımızın Ermənistana qaytarılması müqabilində həmin azərbaycanlı hərbçinin təhvil verilməsi mümkün olsun. Lakin hazırda bu barədə danışmaq çox tezdir”, – A.Xaçatryan bildirib.
Safura Bənnayeva
Globalinfo.az