Türkiyənin daxili işlər nazirinin müavini Bülent Turan son günlər ölkə gündəminin əsas mövzularından birinə çevrilən “fond böhranı” məsələsinə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, Turan yalnız birbaşa səhv edənlərin deyil, səhlənkarlığı və ya məsuliyyətsizliyi müəyyən olunan şəxslərin də hadisənin nəticələrinə görə cavab verməli olduğunu bildirib.
Türkiyə rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanın məsələlərə müdaxiləsinin sərt ola biləcəyini vurğulayıb:
“Bəzi şəxslər belə müdaxiləni gözləmədən öz məsuliyyətini dərk etməlidir. Prezidentimizin neştəri itidir. Bəs neştərə tuş gəlməmişdən əvvəl özünüz addım atsanız olmazmı? İctimaiyyət qarşısında hakimiyyətə əlavə yük yaradan şəxslər özləri təşəbbüs göstərərək məsuliyyət götürməlidirlər. İstefadır, üzrxahlıqdır, nə adlandırırsınızsa adlandırın, əvvəlcə güzgüyə baxın və qərarınızı verin”.
Qeyd edək ki, Türkiyədə “fond skandalı”çərçivəsində yüz minlərlə insanın vəsaiti mənimsənilib. Bu prosesin arxasında hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bir sıra şəxslərin dayandığı üçün çıxıb. Hökumət rəsmilərindən bəziləri artıq ittihamlardan sonra vəzifələrindən istefa verdiklərini açıqlayıblar.
Safura Bənnayeva
Globalinfo.az