Zaqatalada yol qəzası ölümlə nəticələndi

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.