Zalujnının istefaya göndərilməsi qərarına ABŞ-dan maraqlı REAKSİYA

Ukrayna Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını istefaya göndərmək qərarı barədə Ağ Evi xəbərdar edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat dərc edib.

Qəzet yazır ki, ABŞ administrasiyası belə bir qərarın Ukrayna prezidentinin suveren seçimi olduğunu qeyd edib.

Nəşrin məlumatına görə, Ağ Ev Zalujnının istefasını nə dəstəkləyib, nə də buna etiraz edib.

Əliyar Xəlil,

Globalinfo.az