“Biz ABŞ-la səmimi və real danışıqlara hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O iddia edib ki, rəsmi Vaşinqton ortaq maraqlara uyğun danışıqlara hazır deyil.
“Tehran danışıqlara açıq olsa da, bunun ABŞ prezidentinin axtardığı formatda bir dialoq olduğunu düşünmürəm. Donald Tramp İranla müharibəyə başlaya bilər”, – B.Qalibaf qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az