6a452d5dd6c586a452d5dd6c5917829184936a452d5dd6c566a452d5dd6c57

Samuxda “MAZ” çaya aşıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan “MAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, “MAZ”da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş: