Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndində qeydə alınıb.
“2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil onu vurub. Qəza zamanı azyaşlı ağır xəsarətlər alıb”, – deyə bildirilib.
Yaralı dərhal təcili tibbi yardım vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.