Dağdan yıxılıb xəsarət alan şəxsin kimliyi müəyyənləşdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində 1 nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyyə olunub.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxs Qax rayonu, Zəyəm kənd sakini 1993-cü il təvəllüdlü Zəfər Abdullazadədir.

O hazırda müayinə olunması üçün xəstəxanaya aparılır.

***

Qaxa gələn turist rayonun İlisu kəndində Hamamdərə deyilən ərazidə yıxılaraq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.

Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.