Göyçayda yola qəfil çıxan heyvan qəzaya səbəb olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər veror ki, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə olan 99-VE-245 Dövlət Qeydiyyat Nişanlı “Opel” markalı avtomobil yolun hərəkət hissəsinə çıxan iribuynuzlu inəyə çırpılıb.
Nəticədə yola qəfil çıxan heyvan tələf olub və avtomobilə isə ciddi ziyan dəyib. Baş vermiş hadisənin təfərrüatları barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Göyçayda ümumilikdə bu gün ərzində sayca üç yol qəzası hadisəsi qeydə alınıb.