1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 28

Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.

Hadisə zamanı kafenin sahibi; Ruslan adlı şəxs xəsarət alıb. O, dərhal tibbi yardım üçün aidiyyəti üzrə çatdırılıb.

Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.

Faktla bağlı araşdırma aparılır.

***19:55

Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş: