Yevlaxda ağır qəza: Ölən var

Yevlax şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, “Opel” markalı minik avtomobilinin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində Yevlax rayon sakinləri, 1998-ci il təvəllüdlü Məhəmməd Heydərov, 1990-cı il təvəllüdlü Amil Bayramov və 2000-ci il təvəllüdlü Hüseyn İbrahimli xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.