Bakının mərkəzində şok hadisə

Bakının mərkəzi hissəsində kişi meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, hadisə Nəsimi rayonu Kevkəb Səfərəliyeva küçəsində baş verib. Sözügedən ərazidə təxminən 30-35 yaşlarında olan şəxsin meyiti aşkar edilib və dərhal polisə məlumat verilib.

Araşdırmalarla ölən şəxsin 1987-ci il təvəllüdlü Tağızadə Rəhman İslam oğlu olması müəyyən edilib.

Onun üzərində zorakılıq əlamətləri və ya hər hansı xəsarət izi aşkar edilməyib.

R.Tağızadənin ölüm səbəbini müəyyən etmək məqsədilə Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Zaira Akifqızı
Globalinfo.az