
“İsraildə kəşfiyyat və silah o qədər inkişaf edib ki, istənilən mürəkkəb əməliyyatı yüksək peşəkarlıqla icra edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, İsrail yeni bir texnologiya tətbiq etməyə başlayıb.
“Tehranda nüvə tədqiqatlarının rəhbəri Möhsün Fəxrizadə süni intellektlə əmri icra edən robotun pulemyotdan açdığı atəş nəticəsində öldürüldü. Silah qarşıdakı binanın üzərində dayaq edilib. Daha sonra Rəisinin helikopterdə ölməyi, İsmayil Haniyə, Nasrallahın öldrülməsi, nəhayət bu gün Həmasın yeni rəhbəri Yəhya Sinvarın öldürülməsi göstərir ki, İsrail nəsə başqa bir texnologiya tətbiq etməyə qədəm qoyub”.
Elə bir kodlaşma səviyyəsidir ki, yerin dibində olsa belə tapır və məhv edir.
Maraqlı təcrübədir: bizə də erməni cinayətkar dəstənin üzvlərini zərərsizləşdirmək üçün gərək olacaq cinsdəndir.
Bir ordu ilə savaşmaqdansa, rəhbərini öldür, ordusu qalsın ortalıqda”.