Yerə uzanmış şəxsin üstündən maşınla keçən sürücünün kimliyi bilindi

Yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Globalinfo.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Salyan rayonunda yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanan 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlunun üzərindən avtomobil keçib. Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.

Zaira Akifqızı
Globalinfo.az