Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi əl-Nuzayli husilərin canlı qüvvəsi və hərbi obyektlərinə qarşı 356 əməliyyat keçirildiyini bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, əməliyyatlar nəticəsində 476 husi döyüşçüsü öldürülüb və ya yaralanıb.
Həmçinin komanda-idarəetmə mərkəzləri, silah anbarları, nəqliyyat vasitələri və digər hərbi texnikaların sıradan çıxarıldığı iddia olunur.
ABŞ düyməni basır, Almaniya Türkiyə ilə Yunanıstanı barışdırmağa çalışır – Danışıqlar başlayır
Əl-Nuzaylinin sözlərinə görə, əməliyyatlar Harad, Əl-Tuval, Kataf, Əl-Buka, Əli, Əl-Cauf, Marib, Lahc, Taiz və Əl-Bayda daxil olmaqla bir sıra ərazilərdə keçirilib.
Yəmənli hərbi nümayəndə həmçinin husiləri mülki əhalidən “canlı qalxan” kimi istifadə etməkdə ittiham edib. O deyib ki, husi qüvvələri komanda mərkəzləri və silah anbarlarının yerləşdiyi məktəblərdən istifadə edir və valideynləri uşaqlarını həmin ərazilərə göndərməyə məcbur edir.
Qeyd olunan itkilər və hücumlarla bağlı məlumatlar tərəflərin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Tahir Turan
Globalinfo.az