resize 3

Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızının vəziyyəti ağır olaraq qalır.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov məlumat verib.

O bildirib ki, Ləman Qulamovanın vəziyyəti çox ağırdır və hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, noyabrın 21-dən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Paylaş: