be7257fc f45d 3803 abd7 7d39e429c40b 850

Respublika Perinatal Mərkəzdə baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayı açıqlanıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.

Xatırladaq ki, yanvarın 9-da gecə saatlarında Respublika Perinatal Mərkəzində yanğın baş verib.

 

Paylaş: