Yanğın olan xəstəxanada son durum: hadisə belə baş verib – ÖZƏL

Globalinfo.az-a Respublika Klinik Xəstəxanasında baş verən yanğınla bağlı özəl mənbələrdən bəzi detalları dəqiqləşdirə bilib.

Xəstəxanadan saytımıza verilən açıqlamada deyilir ki, media bu məlumatı şişirdib. Mənbənin bildirdiyinə görə, 2-ci korpusda otaqlardan birində qısaqapanma baş verib. Buna elektrik cihazı səbəb olub:

“Xəstəxanada mərkəzi istilik sistemi işləyir, otaqlar istidir. Görünür, kimsə bu istliklə kifayətlənməyib, cihazı şəbəkəyə qoşub, nəticədə qısa qapanma olub”.

Xəstəxanadan onu da deyiblər ki, elektrik cihazlarından istifadə qadağandır. Bu, kiminsə özfəaliyyəti olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, xəstəxanadan heç bir təxliyə olmayıb.