Xocavənddə mikroavtobus aşdı: 9 yaralı – ADLAR / YENİLƏNİB

Xocavənd rayonunun Cəmiyyət kəndində “Mersedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, qəza zamanı Süleymanova Vəfalə Qərib qızı (sağ çiyinin küt travması xəsarəti – red), Kərbəlayev Vüsal İsmayıl oğlu (sol çiyinin əziyi), Kərbəlayev Əflatun İsmayıl oğlu (döş qəfəsin küt travması), Fətullayev Sərvər Əhməd oğlu (sağ çiyinin küt travması) xəsarət alıblar.

***

Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan 9 nəfərdən 5-i Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.

Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır.

“Axşam saatlarında 5 nəfər vətəndaşımız Xocavənd rayonu ərazisində keçirilmiş avtoqəzadan sonra xəstəxanamıza müraciət edib. Bərdə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəstələrin hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri icra olunub. Müayinələr davam etdirilir. 5-nində vəziyyəti orta ağırdır. Həyatı təhlükələri yoxdur”, – Məmmədov qeyd edib.

***

Xocavənd rayonunda mikroavtobus aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan “Mersedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib.Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.