Xızıda minik avtomobili yandı

Xızı rayonunun Giləzi qəsəbəsində “Mercedes-Benz” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Globalinfo.az-a bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.