Sabir Rüstəmxanlıdan Xəzərdəki adalarla bağlı TƏKLİF

“Xəzər dənizində Allahın yaratdığı adalar var, onları Bakının ulduzuna çevirmək olar”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin mayın 7-də keçirilən iclasında deyib.

Deputat bildirib ki, Xəzərdə süni ada yaradılacağına, təbii adalar abadlaşdırıla, yaşayış salına bilər:

“Süni adalar ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var. Lakin Xəzər dənizində təbii şəkildə yaranmış bir sıra adalar da var. Məsələn, Böyük Zirə, Nargin adası. Bunlardan Nargin adasını Bakının ulduzuna çevirmək, beləliklə ora ilə bağlı acı xatirəni unutdurmaq olar. Həmçinin orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Düşünürəm ki, süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır”.

Ayşən Mustafa
Globalinfo.az