Xətai rayonunda ağacəkmə aksiyası keçirildi – FOTOLAR

Bu gün Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 8 Noyabr və Gəncə prospektlərində, həmçinin Cavanşir küçəsində ağacəkmə aksiyası keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və  MKTB-nin kollektivləri iştirak ediblər.

Aksiyada ümumilikdə 1000-dən çox ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.