polislerrrr

Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə – Xankəndi şəhərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.

Globalinfo.az “Qafqazinfo”ya xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib.

Vəfat edən polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.

Abid Mustafazadənin dəfnindən fotoları təqdim edirik:

432303193 3087485231384436 6949982461875113476 n
431774091 3087471778052448 2775274988797909777 n
431555216 3087484878051138 8362843371341937708 n
431810426 3087484981384461 2301363992473981738 n 1
431439864 3087485011384458 2997421487715586991 n
432589498 3087485124717780 8026101454676803045 n
432579837 3087485084717784 2387474780284060040 n

Paylaş: