Xankəndidə silah-sursat aşkarlandı

Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.