Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur”

“Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç “X” sosial şəbəkə hesabında yazıb.

“Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır”, – deyə Mariya Pejçinoviç-Buriç qeyd edib.