Sürücülük vəsiqələrində hicab qadağası götürülüb? – YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələrində hicablı fotolara qoyulan qadağanın götürülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Baş İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib:

“Hazırda yayılan görüntülərlə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***11:33

Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.

Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası götürüldü