Xaçmazda ağır qəza: ölən və yaralanan var

17397255834631215826 1200x630

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili Xudat- Qusar yolunun Kəndxudat kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq qoz ağaclarına çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Xudat şəhər sakini olan gənc oğlan dünyasını dəyişib. Qəzada ağır yaralanan xanım sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.