kanqo

Məlum olduğu kimi, Bakıda Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyası keçirilir. Forumla əlaqədar 182 ölkədən 40 min nəfər qeydiyyatdan keçib. Onlar arasında Konqo Demokratik Respublikasının İnfrastruktur və İctimai işlər naziri Aleksis Gisaro da yer alıb.

Globalinfo.az-a danışan A.Gisaro Azərbaycanda olduğu üçün özünü xoşbəxt hesab edib:

“Hazırda Azərbaycandayıq, xüsusilə Bakı şəhərində olmaq bizim üçün şərəfdir. Burada gördüyümüz inkişaf bizi çox təsirləndirdi. Azərbaycan modelini yaxından öyrənmək və ondan ilham almaq istəyirik ki, bu təcrübə bizim ölkəmiz üçün də faydalı olsun”.

Nazir qeyd edib ki, bu səfər Afrika qitəsinin səsini çatdırmaq, Afrikanın çağırışlarından danışmaq, həm də Afrikanın böyük imkanlar məkanı olduğunu göstərmək üçün önəmli fürsətdir:

“Biz investorların diqqətini cəlb etmək, sərmayələrin gəlirli ola biləcəyini nümayiş etdirmək və bununla da həm qitəmizin, həm də ölkələrimizin inkişafına töhfə vermək istəyirik”.

 İsaro Azərbaycana ilk dəfə gəldiyini bildirib:

Forum bu gün başlayıb və artıq görünür ki, Azərbaycan bu tədbirin uğurlu keçirilməsi üçün bütün zəruri imkanları səfərbər edib. Ümid edirik ki, Dünya Şəhərsalma Forumu yüksək səviyyədə təşkil olunacaq və bu cür beynəlxalq tədbirlər arasında xüsusi yer tutacaq. Öncə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Eyni zamanda, göstərilən isti qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

Zaira Akifqızı
Tərcümə: Ayan Abbaslı
Globalinfo.az

Paylaş: