Müharibə müxbiri Aleksandr Kots Ukrayna Silahlı Qüvvələrinin (USQ) Moskvaya kütləvi hücum cəhdinin mümkün səbəblərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Kotsun fikirləri “KP.RU” saytında dərc olunub.
Onun sözlərinə görə, hücumun əsas məqsədlərindən biri Rusiyada keçirilən seçkilərə təsir göstərmək və seçki prosesini pozmağa çalışmaqdır.
“Rusiyada seçkilər keçirilir. Kiyev isə qəsdən seçkiləri pozmağa çalışır. Bununla bir güllə ilə iki quş vurmaq istəyir. Əslində vəziyyət nəzarətdən çıxıb. Ukrayna daxildən parçalanır, ölkədə fikir ayrılığı var”, – deyə Kots bildirib.
Müxbir hesab edir ki, Moskva istiqamətində hücum cəhdi Kiyevə mühüm dövlət tədbirinin keçirildiyi gün Rusiyanın paytaxtına zərbə endirmək imkanını nümayiş etdirməyə şərait yaradır. Eyni zamanda, onun fikrincə, mümkün cavab tədbirləri Ukraynada seçkilərin keçirilməsinin çətinliyinə dair arqument kimi təqdim oluna bilər.
Kots hücum cəhdinin digər mümkün səbəbi kimi Ukraynanın Qərbdən əlavə maliyyə və dəstək əldə etmək istəyini göstərib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanı məğlub etmək üçün daha 40 günə ehtiyac olduğunu bildirməsini də bu kontekstdə qiymətləndirib. Kots hesab edir ki, Moskva istiqamətində dron hücumları Kiyevin hərbi imkanlarını nümayiş etdirmək və Qərbdən əlavə dəstək almaq cəhdinin bir hissəsi ola bilər.
Tahir Turan
Globalinfo.az