“Vanish” içən azyaşlı zəhərləndi

Qaxda 2 yaşlı uşaq “Vanish”dən zəhərlənib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib. Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Şövkət Babayev nəzarətsiz qalaraq yuyucu maye “Vanish” içib.

Azyaşlı mayedən zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər Ş.Babayevin həyatını xilas ediblər.

Hazırda vəziyyəti normaldır.