Ukraynanın Sumı şəhərində partlayış baş verib.
Globalinfo.az-ın “Strana.ua” nəşrinin teleqram kanalına istinadən yaydığı məlumata əsasən, hadisə zamanı bölgədə hava hücumundan müdafiə siqnalları işə düşüb.
Eyni zamanda axşam saatlarında Odessada da güclü partlayışlar qeydə alınıb. Əldə olunan ilkin məlumatlara görə, şəhərə ballistik raketlərin atıldığı ehtimal olunur.
Qeyd edək ki, səhər saatlarında Poltava şəhərində baş vermiş partlayış nəticəsində çağırış mərkəzi kimi fəaliyyət göstərən binaya ziyan dəydiyi bildirilmişdi. Nəticədə 2 nəfər ölmüş, 47 nəfər yaralanmışdı.
Tahir Turan