AP23145818339574 pic 32ratio 900x600 900x600 29850

Fransa Prezidenti Emmanuel Makron partiya liderləri ilə keçirdiyi qapalı görüşdə Ukraynaya qoşun göndərmək barədə müzakirə aparıb.  

Globalinfo.az xəbər verir ki, bu barədə “L’Humanité” qəzeti məlumat yayıb.

Məlumata görə, müzakirələrin məqsədi sülh müqaviləsi bağlandıqdan sonra Fransa əsgərlərinin Ukraynaya yerləşdirilməsi planları barədə parlament üzvlərini məlumatlandırmaq olub.

Görüşdə Fransanın Baş naziri Sebastyan Lekornu, silahlı qüvvələr naziri Ketrin Votren və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Fabien Mandon iştirak ediblər. Qeyd olunub ki, Makron 100% dəstək ala bilməyib. Lekornunun sözlərinə görə, bütün parlament üzvlərinin müzakirəyə cəlb olunması vacibdir və məsələ ilə bağlı müzakirələrin yaxın iki-üç həftə ərzində baş tutması gözlənilir.

İddialara görə, söhbət Britaniya qüvvələrinin də daxil olduğu 10 min nəfərlik beynəlxalq kontingentə 6 min Fransa əsgərinin daxil edilməsindən gedir. Komandanlıq Paris yaxınlığındakı Mont-Valeriendə yerləşə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: