bayden cixi

“Bayden Administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin COP29-a, yaxud ilin sonuna qədər imzalanması, ən azından bununla bağlı praktiki addımın atılmasını istəyir. Bayden Bakı və İrəvana göndərdiyi məktubda bunu açıq şəkildə bildirir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı ABŞ Prezidenti Cozef Baydenin Ermənistan Baş naziri Nikol Paşinyana göndərdiyi məktubu şərh edərkən deyib.

Onun sözlərinə görə, Baydenin cari hədəfi seçki dövründə xarici siyasət istiqamətində uğur qazanmaqdır:

“Harris seçilərsə, Bayden yeni administrasiyaya uğurlu miras qoymuş olacaq. Əksi olarsa belə, ilin sonuna, yəni Oval kabinetin təhvil verilməsinə qədər bu nəticəni əldə etməyə çalışırlar. Çünki Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ABŞ-ın Orta Dəhliz coğrafiyasındakı planlarının bir hissəsi kimi qəbul edilir.

Bunu amerikalı rəsmilər, konkret desək, Obrayn da dilə gətirib. Orta Dəhlizdə Çin və Rusiyanın iştirak etmədiyi, Mərkəzi Asiyadan başlayaraq, Avropaya uzanan nəqliyyat şəbəkəsinin yaradılmasına cəhd edirlər. Bu marşrutda Cənubi Qafqaz əsas körpüdür və Vaşinqton Ermənistanın da iştirak etdiyi layihəni reallaşdırmaq istəyir. Bunun üçün Bakı və İrəvanın sülh sazişi imzalaması, münasibətlərin normallaşması lazımdır.

Baydenin sülh çağırışları və bu çağırışın arxasındakı planlar yeni deyil, son bir ildə Vaşinqton bu istiqamətdə aktiv şəkildə iş aparır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: