Ukraynaya kütləvi raket hücumu: ölənlər var – FOTO

1 1

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ölənlərin sayı 12 nəfərə yüksəlib. 

***

Ukraynanın kütləvi dron hücumuna məruz qalması zamanı həlak olanların sayı 10 nəfərə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Yaralıların sayı isə 90 nəfərdir.

Dağıntılar altından axtarış-xilasetmə işləri davam etdirilir.

***

09:13

Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində altı uşaq və bir hamilə qadın daxil olmaqla, 9 nəfər ölüb, 63 nəfər yaralanıb.

“42 nəfər, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib”, – əlavə edilib.

Həmçinin yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir:

“Yanğınlar qarajlarda, inzibati, qeyri-yaşayış binalarında baş verib”.

2 3 5 1

Günay Rəsulqızı
Globalinfo.az