Bu, İran üçün həddən artıq böyük müharibədir – Jdanov

Heç bir ölkə Rusiyanı Ukraynada aktiv hərbi fəaliyyətləri üçün fasiləsiz silahla təmin edə bilməz.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“İran Rusiyanı vacib silah və texnika ilə təmin etmək gücündə deyil. Bu, İran üçün həddən artıq böyük müharibədir. Şimali Koreya üçüncü ölkələr vasitəsilə Rusiyaya nəsə tədarük etməyə çalışır, lakin onlarda da hər şey məhdud saydadır. Ona görə də hərbi fəaliyyətlər sonsuza qədər davam etməyəcək. Bizim üçün belə təhdid yoxdur” – deyə o bildirib.

 

İlkin
Globalinfo.az