
Niderland Ukraynaya F-16 qırıcıları tədarük edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov sosial media hesabında məlumat yayıb.
“F-16-lar Fransanın “Mirage” reaktivləri ilə birlikdə tezliklə müdafiəmizi gücləndirmək üçün döyüş tapşırıqlarının icrasına başlayacaq”, – deyə nazir əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az