Britaniya ilə Ukrayna arasında münasibətlər Londonun Kiyevə “Storm Shadow” raketlərini verməkdən imtinasına görə pisləşib.
Globalinfo.az xəbər verir ki, məlumatı “The Guardian” yayıb.
Məlumata görə, Kir Starmer hökuməti bu raketlərdən hətta Krıma belə zərbələr endirməyə şərait yaratmır. Qəzet bunun Zelenskidə məyusluq yaratdığını söyləyib.
Amerikalı milyarder Devid Saks isə Ukrayna konfliktinin Prezident Cozef Baydenin axmaqlığı ucbatından baş verdiyini bildirib:
“Ukrayna müharibəsi Baydenin axmaqlığıdır. Bu, Amerikanın yox, Avropanın problemidir. Onları məcbur edin, növbəti 100 milyardı ödəsinlər”.
Qeyd edək ki, Trampın seçilməsi ərəfəsindən başlayaraq, Qərbdə Ukrayna konfliktinə yanaşma da dəyişməyə başlayıb. Xüsusilə Britaniyada konservatorların hakimiyyətdən getməsi Kiyevə edilən yardımlara təsir edib. Trampa gəlincə isə o, müharibənin dayandırılması tərəfdarıdır. ABŞ-ın yeni seçilmiş prezidentinin konfliktin dondurulmasına çalışacağı mətbuatda yayılan iddialar arasındadır.
Əliyar Xəlil
Globalinfo.az