“Rusiya ilə münaqişənin nəticəsi olaraq Ukrayna dövlət kimi mövcudluğunu dayandıra bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Deniel Devis deyib.
O qeyd edib ki, Rusiyanın qələbə qazanmaq üçün bütün imkanları var və onun hərbi potensialı Qərbdə təsəvvür ediləndən xeyli fərqlidir:
“Rusiya Silahlı Qüvvələri hər ay minlərlə FAB və KAB tipli aviasiya bombalarından istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin logistikasını və infrastrukturunu məhv edir, bununla da Rusiya ordusunun irəliləməsi üçün zəmin yaradır”.
ABŞ ordusunun istefada olan polkovnik-leytenantının qənaətinə görə, Ukrayna sülhə razılaşmasa, ölkənin fiziki və demoqrafik resursları o dərəcədə tükənə bilər ki, dövlətin mövcudluğunu davam etdirməsi mümkünsüz olar.
“Əhalinin təkrar artımını təmin edə biləcək insanlar qalmayacaq. Bu, heç də fantastik deyil, tamamilə real ssenaridir”, – deyə Devis bildirib.
Əliyar Xəlil
Globalinfo.az