Azərbaycanın bir sıra bölgələrinə intensiv qar yağır.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Güclü qar əsasən Quba, Qusar, Lerik və Daşkəsən rayonlarının bir çox dağətəyi və dağlıq kəndlərində müşahidə olunur.
Görüntülərdə yaşayış məntəqələrinin, yolların və ətraf ərazilərin qar örtüyünə büründüyü əks olunur.
Qeyd olunur ki, hazırda bəzi yerlərdə qar örtüyünün hündürlüyü 7-8 sm-ə çatır.
Sözügedən görüntüləri təqdim edirik: