p
“Polşa hakimiyyəti Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlar prosesini bloklamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın “Hüquq və Ədalət” Partiyasının lideri Yaroslav Kaçinski deyib.

Ukrayna başa düşməlidir ki, normal Avropa dövləti olmalıdır. Soyqırımı törətmiş amansız cinayətkarları öz bayraqlarında simvola çevirməməlidir”, – deyə o bildirib.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan etmişdi ki, Ukrayna yalnız həm Kiyev, həm də Aİ buna hazır olduqda təşkilata üzv ola bilər.

Onun sözlərinə görə, Ukraynanın üzvlüklə bağlı danışıqlar aparan namizəd ölkə statusuna keçməsi mühüm mərhələdir və həm Brüssel, həm də Kiyev üçün konkret hədəf müəyyənləşdirir.

“The Guardian” qəzeti isə yazıb ki, Ukrayna Avropa İttifaqı ilə razılaşdırılmış 10 bəndlik islahat planının yalnız dörddəbirini yerinə yetirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: