Ukraynanın 7 səfirliyinə göndərilən, içində heyvan gözləri olan bağlamaların anlamı bu imiş – Rəy

“Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriyadakı səfirliklərinə, habelə Ukraynanın Neapol, Krakov və Brnodakı konsulluqlarına heyvan gözləri olan bağlamaların göndərilməsi açıqca mesaj xarakterli bir addımdır. Bu addımın müəllifi isə heç şübhəsiz Rusiyadır”.

Bu sözləri Globalinfo.az-a politoloq Samir Hümbətov Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenkonun “naməlum şəxslər Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriyadakı səfirliklərinə, habelə Ukraynanın Neapol, Krakov və Brnodakı konsulluqlarına heyvan gözləri olan bağlamalar göndərib” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya yaxşı başa düşür ki, Ukraynanı məğlub edə bilmir:

“Aydın məsələdir ki, Kreml bunu bacarsa idi, bu günə qədər çoxdan nail olardı. Lakin vəziyyət o yerə çatıb ki, rəsmi Moskva müharibə gedişində işğal etdiyi məntəqələri bir-bir ya tərk edir, ya da məcbur geri çəkilir. Mümkündür ki, rus ordusu Xersonun ardınca yaxın müddət ərzində Zaparojyedən geri çəkiləcək.

Olmaq, ya da olmamaq” məsələsi... - Və bütün tərəflər üçün “sonun başlanğıcı”...

Rusiya nüvə silahından da istifadə edə bilməyəcəyini bilir. Bu baş versə, Qərb açıq şəkildə Kremlə qarşı hərbi koalisiya yarada bilər. Rusiya bundan ehtiyat edir.

Rusiya Ukrayna üzərində qələbə qazana bilməyəcəyini anladığı üçün şantaj, hədə-qorxu variantına keçib”.

Politoloqun sözlərinə görə, heyvan gözləri olan bağlamaların göndərildiyi səfirliklər diqqət çəkir:

“Məsələ ondadır ki, Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriya hazırda Ukraynaya silah-sursat yardımı edən ölkələrdir. Kreml həm bu ölkələrə, həm də Ukraynaya mesaj verir.

Heyvan gözləri olan bağlamalar isə iki mənanı ehtiva edir:

Birincisi, bağlamaların üzərindəki göz “gözüm üzərinizdədir və sizin nə etdiyinizi bilir, anlayıram” deməkdir. Rusiya həmin ölkələri bu yolla qorxutmağa çalışır.

İkincisi, bu həm də “gözünüzü çıxararam” mənasına gəlir. Bir müddət öncə Rusiya zərbələri nəticəsində Ukraynada böyük ölçüdə elektrik bağlantısı kəsildi. Yəni Rusiya bunun təkrarlana biləcəyini, “Ukraynanı və ona dəstək verənləri qaranlıqda saxlayaram” demək istəyir”

Turan Rzayev
Globainfo.az