BKic6hvw6lD6PzJWnfgFPfwVsKzKU8BCRNrX9Uds 825

Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa Florida ştatının Mayami şəhərində keçirilən ABŞUkrayna nümayəndə heyətlərinin görüşünü məzmunlu və hazırkı mərhələdə konstruktiv adlandırıb.

Globalinfo.az xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Çox məzmunlu və hələlik konstruktiv. Potensial irəliləyişə şərait yaradan isti bir atmosfer. Marko Rubionun əla rəhbərliyi. Cenevrədə olduğu kimi, mən Cared Kuşnerin yanaşmasını və öz baxışını izah etmə tərzini yüksək qiymətləndirirəm”, – deyə Kislitsa vurğulayıb.

O, paylaşımına ABŞUkrayna danışıqlarından çəkilmiş, daha əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov tərəfindən yayımlanmış fotonu da əlavə edib.

Paylaş: