vladimir zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə yeni kütləvi əsir mübadiləsi planlarının təsdiqləndiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, mübadilə ilkin olaraq “1000-ə qarşı 1000” formatında nəzərdə tutulur.

Bununla yanaşı, əlavə olaraq “200-ə qarşı 200” modeli də mümkün ola bilər, çünki Ukrayna tərəfi digər hərbçilər, siyasi məhbuslar və jurnalistlərlə bağlı məsələni də gündəmə gətirib.

“Bu həftə Rusiya ilə ayrıca siyahı mübadiləsi aparacağıq. Bundan əlavə, vərəqlərin təsdiqlənməsi prosesi olacaq – ümid edirik ki, bu dəfə onlar siyahıları öncədən təqdim edəcəklər”, – deyə Zelenski bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: