Ukrayna Rusiyaya hücum etdi: yaralıların sayı artdı

Ukraynanın Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

***10:39

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “Aqro-Belqorye” donuzçuluq kompleksinin avtomobilləri hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb.