1656594013 ukrayna ordusu

Ukrayna ordusu Kursk və Bryansk vilayətlərinə genişmiqyaslı hücuma hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Şot” teleqram kanalında məlumat paylaşılıb.

Bildirilir ki, bir sıra ərazilər, o cümlədən Palievka və Qremyaçka kəndləri yaxınlığında Ukrayna qoşunlarının hərəkəti qeydə alınıb.

“Hücumda Ukrayna Silahlı Qüvvələrinin ən azı on briqadası iştirak edə bilər. Belə ki, Rusiyanın sərhədlərində 158-ci piyada, 32-ci və 162-ci mexanikləşdirilmiş briqada, eləcə də Ukrayna ordusunun ərazi müdafiə bölmələri cəmləşib”, – telekanalda bildirilib.

Digər məlumata görə, Kiyev bununla ABŞ və Rusiya danışıqlarına zərbə endirmək niyyətindədir:

“Bölgə ilə sərhəddən 50 kilometr aralıda texnika və bir neçə min hərbçi toplanıb. Hücumda beş mindən çox döyüşçü və 200-dən çox silah, o cümlədən Almaniyanın “Leopard” və ABŞ-ın “Abrama” tankları ola bilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: